Modern.az

Əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlıların sayı 24 nəfər azalıb

Əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlıların sayı 24 nəfər azalıb

Country

24 İyun 2011, 19:46

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2011-ci il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 24 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb.

 Həmin şəxslərdən 10 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 9 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 3 nəfərin isə siyahılardan təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilib. Modern.az bildirir ki, bu barədə  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupundan məlumat verilib.

Beləliklə, 21 iyun 2011-ci il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4043 nəfər təşkil edir. Onlardan 3264 nəfər hərbçi, 776 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.

Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 248 nəfər qadın, 351 nəfər yaşlı şəxsdir (151 nəfər qadın).

Əsir, itkin düşmüş 4043 nəfərdən 878 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır.

Əsir və girovluqdan 1400 nəfər azad edilib. Onlardan 343 nəfər qadın, 1057 nəfər kişidir. Azad olunanların 175 nəfəri uşaq (65 nəfər azyaşlı qız), 289 nəfəri yaşlı şəxsdir (112 nəfər yaşlı qadın).

Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 448 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı