Azərbaycanın eks-prezidenti, Sosial Demokrat Partiyasının (ASDP) həmsədri 49 yaşlı oğlu Azad Mütəllibovun vəfatı ilə əlaqədar Bakı gəlməsinə icazə verilən Ayaz Mütəllibov sentyabrın 18-də Rusiyaya qayıdıb. Bu barədə ASDP həmsədru Araz Əlizadə məlumat verib.
Hakimiyyətlə danışığa görə, Ayaz Mütəllibov oğlunun qırx mərasimini verəndən sonra ölkədən getməliydi. Və o, belə də edib.
Mütəllibovun yenidən və həmişəlik Azərbaycana dönəcəyi məsələsinə gəlincə, Araz Əlizadə Modern.az saytına deyib ki, bu, “Eks prezidentlər haqqında” qanun qəbul ediləndən sonra mümkün ola bilər.
Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov bu il avqustun 8-də vəfat edib. Keçmiş prezident elə həmin gün Bakıya gəlmişdi.
Ayaz Mütəllibovun Azərbaycana gəlməsi üçün ölkəmizin Rusiyadakı konsulluğu ona müvəqqəti arayış vermişdi. 19 ildir Rusiya paytaxtında yaşayan Ayaz Mütəllibov Azərbaycanın ümümvətəndaş paspoturtuna malik deyil. O, Rusiya vətəndaşı olmadığından eks-prezidentin Rusiya pasportu da yoxdur.
1993-95-ci illərdə Respublika Prokurorluğunda Ayaz Mütəllibov barəsində cinayət işi açılıb. O, 20 Yanvar hadisələrinin və Xocalı soyqırımının baş verməsində günahlandırılır. Cinayət Məcəlləsinin bir neçə maddəsilə ittiham olunan Mütəllibov barəsində həbs qətimkan tədbiri seçilərək axtarışa verilib.
Modern.az