Modern.az

Qəddafinin sürücüsü diktatorun son günlərindən danışdı: “Onu ilk dəfə o halda görürdüm”

Qəddafinin sürücüsü diktatorun son günlərindən danışdı: “Onu ilk dəfə o halda görürdüm”

Ölkə

27 Oktyabr 2011, 18:43

Liviyanın öldürülən lideri Müəmmər Qəddafinin 30 il sürücüsü olmuş Hüneyş Nasir diktatorun son günlərindən danışıb. O, 42 illik Qəddafi rejiminin son günlərinin inkar və fikir ayrılığı ilə keçdiyini bildirib.

Modern.az saytı xəbər verir ki, Nasir “Guardian” qəzetinin müxbirinə açıqlamasında Qəddafini ən son doğma Siirt şəhərindəki bir dağıntının üstündə çarəsiz şəkildə ətrafa baxarkən gördüyünü bildirib.

“Hər şey partlayırdı. Üsyançılar arxamızda idi. Qəddafi qorxmurdu. Amma nə edəcəyini də bilməyən bir vəziyyətdə idi. Onu ilk dəfə o halda görürdüm”.

Hüneyş Nasir deyib ki, həmin gün üsyançılar hücum eədərk Qəddafinin son sığınacağını da ələ keçirdilər. Nasirin sözlərinə görə, üsyançılar sığınacağa girdiyi zaman o, əllərini qaldırıb təslim olduğunu bildirib. Buna baxmayaraq onu silahın qəbzəsiylə vuraraq yerə yıxıb və sol gözünü göyərdiblər. Nasir yerə yıxılarkən üsyaçıların Qəddafini gizləndiyi kanalizasiya tunelindən çölə çıxartmağa çalışdıqlarını görüb.

Qəddafinin ölümündən bir həftə keçib. İndi Hüneyş Nasir və bir vaxtlar Xalq Mühafizətçiləri Birliyinin lideri olmuş əmisi oğlu Mənsur Davdan başqa Qəddafinin son günlərini görən heç kim qalmayıb.

Nasir Misrata şəhərindəki həbsxanaların birində verdiyi açıqlamada “Qəddafinin yaxın əhatəsindən sağ qalan varsa da, mən onların yerini və ya necə olduqlarını bilmirəm. Üsyançılarla birlikdə ola bilərlər və ya bəlkə də ölüblər” deyə qeyd edib.

Qəddafi ölmədən əvvəl son beş gündə “İkinci bölgə” adlanan məhəllədə evdən-evə dolaşaraq üsyançılardan qaçmağa çalışdıqlarını deyən sürücü Nasir diktatorun ətrafının daralmasına heç bir məna vermədiyini vurğulayıb.

“O, çox qəribə vəziyyətdə idi. Polkovnik Qəddafi tez-tez qərb tərəfə baxırdı. Amma qorxmurdu” deyən Nasir 30 il boyunca bir dəfə də olsun Qəddafidən pis rəftar görmədiyini söyləyib.

Qəddafinin ətrafında olanlar kimi Nasir də devrilmiş liderin tayfasındandır. Əks təqdirdə son günlərdə ona bağlı qalmasının mümkün olmadığını bildirir. Baxmayarq iqtidara gətirdiyi bir çox insanlar son günlərdə Qəddafini tərk etsə də, yanında qalanlar da rejimin çökməsini qəbul etməklə çox şey itirəcək insanlardır.

“Mənə pis insanlarla müharibə etdiyimizi bildirdilər. Mən də inandım”-deyə Nasir bildirir.

Nasir mart ayında təqaüdçü olduqdan sonra da Qəddafiyə bağlılığının davam etdiyini bildirib.

Həmin vaxtdan sentyabra qədər Qəddafini görməyib. Daha sonra təxminən oktyabrın 10-da keçmiş rəhbərinin Siirtdə olduğunu öyərnib və onun yanına gedib.

Hüneyş Nasir devrilmiş liderin cənazə törənində iştirak edən azsaylı şəxslərdən biri olub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı