Modern.az

Bakı 80 min qonağı necə tutacaq?

Bakı 80 min qonağı necə tutacaq?

Ölkə

12 Dekabr 2011, 12:00

Bu il Almaniyanın Düsledorf şəhərində keçirilən “Eurovision-2011” Mahnı Müsabiqəsini izləmək üçün 80 min qonaq gəlmişdi. Verilən məlumatlara görə, bundan əlavə 1200 nəfəri yerli nümayəndə, 2500 nəfəri isə qeydiyyatdan keçən jurnalistlər bu tədbirə qatılıblar.

2011-ci ilin birinci rübünə qədər olan statistikaya förə Azərbaycanda ümumilikdə 477 mehmanxana fəaliyyət göstərir.

Bu mühmanxanların ümumi adam tutumu 31 min nəfərdir. Bakının payına isə burdan 90 mehmanxana düşür. Onların da ümumi qonaq tutumu 5 min nəfərdir.

Gələn il ölkəmizə 80 min qonaq gələrsə Bakı onları yerləşdirməyə hazır olacaqmı?

Düzdür, hazırda paytaxtda yeni mehmanxanaların tikintisinə başlanılıb. Elə bu yaxınlarda “Bakı-Hilton” mehmanxanasının açılışı oldu. Lakin bu da məsələnin tam həlli deyil.

Ümumiyyətlə, yeni tikiləcək mehmanxanaların həcmi, qonaq tutumu nə qədər olacaq?

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov Modern.az saytına açıqlamasında bu barədə dəqiq məlumat verməyin mümkün olmadığını bildirib.

“Müsabiqəyə hələ xeyli zaman var və yeni tikiləcək mehmanxaların qonaq tutumunun nə qədər olduğunu demək tezdir. Ümumiyyətlə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə təşkilat komitəsi yaradılıb və onun rəhbərliyi ilə keçirilən iclaslarda bununla bağlı ciddi müzakirələr gedir. Hökümət mötəbər yarışmanın ölkəmizdə lazimi səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri görür, bura yeni otellərin tikilməsindən şəhərin görkəminin dəyişməsinə qədər bütün məsələlər daxildir” deyə mətbuat katibi əlavə edib.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı