Modern.az

Zakir Qaralov öz köməkçisini prokuror təyin edib

Zakir Qaralov öz köməkçisini prokuror təyin edib

کشور

13 Dekabr 2011, 16:57

Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri prokurorluq orqanlarında yeni təyinatlar həyata keçirilib. Belə ki, Zakir Qaralovun əmri ilə Baş prokurorun köməkçisi Yusif Cəlilli Xaçmaz rayon prokuroru təyin edilib.

Digər əmrlə Yardımlı rayon prokuroru vəzifəsini icra edən Natiq Abdullayev Lənkəran rayon prokuroru, Lənkəran rayon prokuroru vəzifəsini icra edən Ramiz Nəbiyev isə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifələrinə təyin olunublar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı