Modern.az

Bayram Səfərov Ağdərənin icra strukturlarının yaradılmasının tərəfdarıdır

Bayram Səfərov Ağdərənin icra strukturlarının yaradılmasının tərəfdarıdır

Ölkə

26 Yanvar 2012, 11:17

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan rayonlarından yalnız Ağdərə və Xankəndinin icra orqanları fəaliyyət göstərmir.

Bu bölgələrin sakinləri dəfələrlə məsələ qaldırsalar da hələ ki, qaldırdıqları problem həll olunmayıb.

Məsələ ilə bağlı “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov Modern.az saytına açıqlama verib.

İcma rəhbəri deyib ki, bu, 1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş adamların iş bilməzliyi nəticəsində belə problem yaranıb: “Hesab edirəm ki, bu bölgələrin də icra strukturları olmalıdır. Heç olmasa həmin bölgələrin insanlarının əlqələndirilməsi üçün bu, çox vacibdir. Ona görə də mən də bu məsələninin tərəfdarıyam”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı