Modern.az

Ali məktəb imtahanlarının monitorinqi aparılacaq

Ali məktəb imtahanlarının monitorinqi aparılacaq

Ölkə

12 Yanvar 2010, 17:30

Təhsil Nazirliyi ilə əldə olunmuş razılığa əsasən, “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi özəl ali məktəblərdə imtahanların monitorinqini aparacaq.  Təşkilatın monitorinq qrupunun üzvləri Nazirlik nümayəndələri ilə birlikdə ali məktəblərdə keçirilən imtahanlarda iştirak edəcəklər. Bu barədə Modern.az-a “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyindən məlumat verilib. Semestrin sonunda monitorinqin nəticələri ilə bağlı hesabat hazırlanacaq və ictimaiyyətə məlumat veriləcək. Monitorinqə yanvarın 13-də rəsmən start veriləcək.
Xatırladaq ki, “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi qış semestri ilə əlaqədar “qaynar xətt” xidməti təşkil edib (Telefon: 012 417 23 16,  email: [email protected]). Tələbələr semestr ərzində problemləri ilə bağlı “qaynar xətt”ə müraciət edə bilərlər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı