Modern.az

Azərbaycanda anormal doğulan körpələrin sayı artıb

Azərbaycanda anormal doğulan körpələrin sayı artıb

Ölkə

25 Yanvar 2010, 14:14

st1:*{behavior:url(#ieooui) }

Adətən körpənin doğulması ilə ailəyə sevinc gələr, amma bəzi hallarda bu hadisə bədbəxtliyə də səbəb olur. Xarici KİV-lər tez-tez dünyanın hansısa ölkəsində siam əkizləri, ağzı, burnu, qulağı və ya daxili orqanlarından biri olmayan, təkgözlü körpələrin doğulmasına dair məlumatlar yayır.

Azərbaycanda da bütün zamanlarda belə uşaqların doğulmasına dair faktlar qeydə alınıb. Doğrudur, sovet dövründə bu cür faktlar ya ictimaiyyətdən gizli saxlanılır, ya da müəyyən instansiyalardan keçiriləndən sonra açıqlanırdı. Elə indi də rəsmi qurumlar belə faktları açıqlamaqda maraqlı deyillər.

Son illər ölkəmizdə anomaliya ilə dünyaya gələn körpələrin sayı artmaqdadır. Bunu Dövlət Statistika Komitəsinin tibbi statistikası da təsdiq edir. Rəsmi statistikaya görə, əgər beş il öncə ölkəmizdə hər 10 min körpədən 7,8-i anadangəlmə anomaliya ilə doğulubsa, indi bu göstərici bir qədər də artaraq 8,5-ə çatıb.  

Son illər ölkəmizdə qeydə alınan ən qeyri-adi anomaliya ilə doğuş 2006-cı ilin iyulunda Bakıdakı keçmiş Semaşko adına xəstəxanasda (indiki Kliniki Tibbi Mərkəz) qeydə alınıb. Vərəm xəstəsi olan ana siam əkizi dünyaya gətirib. Bu əkizlərin bir bədəni, iki başı, dörd əl və iki ayağı olub. Doğuşdan bir müddət sonra siam əkizləri tələf olub.

Ayrı-ayrı tibb müəssisələrindən əldə etdiyimiz məlumata görə, son vaxtlar Azərbaycanda anomaliya ilə dünyaya gələn körpələrin müxtəlif qüsurları olub.  Məsələn, bütün daxili orqanları şəffaf pərdə ilə örtülmüş, iki əlində və ya ayağında 7-8 barmağı olan, cinsiyyət orqanlarından biri olmayan, qarnı yarıq, “qurdağız”, “dovşandodaq” kimi anomaliyalar buna misaldır. Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda hər il 2200-dən çox körpə anomaliya ilə doğulur. Mütəxəssislər anomaliyalı doğuşları müxtəlif səbəblərlə izah edirlər. Professor Adil Qeybullanın sözlərinə görə, səbəblərdən biri yaxın qohumların evlənməsidir. Digər əsas faktor ekoloji problemlər və insanların psixologiyasında baş verən mənfi dəyişikliklərdir. Bundan başqa, Azərbaycana xaricdən daxil olan və ölkədə istehsal olunan keyfiyyətsiz və sağlamlıq üçün təhlükəli qidalardan istifadə də anormal körpələrin əmələ gəlməsinə təsir göstərir. Alimlərin fikrincə, ananın özündə olan müxtəlif xəstəliklər, həkim məsləhəti olmadan bəzi dərman preparatlarının qəbulu, alkoqolizm, narkotikə meyllilik də anomaliyalı doğuşa səbəb olur.

Professor A.Qeybullanın sözlərinə görə, genefondun sağlamlaşdırılması üçün dövlət səviyyəsində kütləvi tədbirlər görülməlidir.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı