Modern.az

Tanınmış müsavatçı yol qəzasından sağ qurtulmadı

Tanınmış müsavatçı  yol qəzasından sağ qurtulmadı

Ülke

25 Avqust 2012, 12:52

Müsavat başqanın müşaviri, partiyanın Məclis üzvü Aydın Acalov dünyasını dəyişib. Modern.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının üzvü Mustafa Hacıbəyli məlumat verib. 
M.Hacıbəyli bildirib ki, Aydın Acalov bir saat əvvəl avtomobil qəzasında həlak olub. Belə ki, A.Acalovun idarə etdiyi avtomobil Abşeron rayonu ərazisində Hökməli dairəsinin yaxınlığında “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Nəticə də tanınmış müsavatçı hadisə yerində dünyasını dəyişib.
A.Acalov İctimai Palatanın Regional Təşkilat Komitəsinin üzvü idi.

Allah rəhmət eləsin.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı