Modern.az

Elşad Abdullayev “Milyarderlər ittifaqı” ilə əlaqəsindən danışdı - AÇIQLAMA

Elşad Abdullayev “Milyarderlər ittifaqı” ilə əlaqəsindən danışdı - AÇIQLAMA

Ölkə

1 Dekabr 2012, 10:31

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev bəzi mətbuat orqanlarında onun azərbaycanlı oliqarxların Rusiyada yaratdığı “Milyarderlər ittifaqı” ilə danışıqla apardığı barədə yayılan məlumatları təkzib edib.

Modern.az saytına açıqlamasında E.Abdullayev deyib ki, KİV-in bu barədə xəbərləri həqiqətdən uzaqdır.

“Guya, Elşad Abdullayev “Milyarderlər ittifaqı” ilə danışıqlar aparıb və “yox” cavabı alıb. Yalandır, ötən həftə Moskva şəhərində olmamışam və “Milyaderlər ittifaqı”nın hörmətli üzvləri ilə də danışıqlar aparmamışam. “Milyarderlər ittifaqı” üzvü Söyün Sadıqovla da görüşməmişəm.
Hesab edirəm ki, yalan məlumatlar əsasında hazırlanan sensasiyalı yazılar hazıra qədər hec bir KİV-ə başıucalıgı gətirməyibdir, əksinə, oxucu yalana söykənən, etibar etmədiyi qəzetləri oxumur ...”-deyə Elşad Abdullayev bildirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı