Modern.az

Dövlət Sularda Xilasetmə Xidməti çimməyə gedənlərə müraciət ünvanlayıb

Dövlət Sularda Xilasetmə Xidməti çimməyə gedənlərə müraciət ünvanlayıb

Ölkə

19 İyun 2010, 17:28

Bir neçə gündür çimərlik mövsümünə rəsmən start verilib. İsti havadan bezib sərinlənmək həvəsi ilə çimərliklərə üz tutanların Xəzərsahili istirahət zonalarında qələbəliyi hökm sürür.

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin qayğıları bu günlər çoxalıb. Axı sahilzolagı ərazilərdə vətəndaşların təhlükəsizliyinin təminatı bu qurumun vəzifəsidir. Modern.az-ın məlumatına görə, Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) çimərlik mövsümünün başlanması ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə bildirilib ki, vətəndaşlar öz təhlükəsizliyinin qeydinə qalmalı, qeyri-qanuni çimərliklərə getməməli, küləkli havada və sərxoş vəziyyətdə suya girməməli, yalnız xilasetmə məntəqə və postları, xilasedicilər olan çimərliklərdə istirahət etməlidirlər.

Dövlət Sularda Xilasetmə Xidməti vətəndaşları bəzi davaranış qaydalarına ciddi riayət etməyə çağırıb:

- Çimərlikdə uşaqları nəzarətsiz qoymayın;

- Sərxoş halda çimməyin;

- Qadağan olunmuş yerlərdə çimməyin;

- Su obyektləri və onların sahillərini məişət və digər tullantılarla çirkləndirməyin;

- Uşaqlara çimərlikdən yalnız valideynlərin müşayiəti ilə istifadə hüququ verilir;

- Çimərlik kimi istifadə üçün ayrılmamış yerlərdə çimmək olmaz;

- Çimmə zonasının işarələnmiş sərhədlərini keçmək olmaz;

- Su axınlarında sahildən 20 metrdən artıq məsafəyə üzmək qadağandır;

- Çimərliklərdə spirtli içkilər içmək qadağandır;

- Çimərliklərdə sərxoş halda gəzmək və çimmək olmaz;

- Çimərlik ərazisini və suyun dibini şüşə və konserv bankaları, ərzaq tullantıları ilə zibilləmək qadağandır;

- Çimmə zonasında balıq ovlamaq qadağan edilir;

- Çimərliklərin ərazisinə qayıqların və kiçik gəmilərin daxil olması qadağandır;

- Qayıqların (skuterlərin) sərxoş şəxslərə verilməsi qadağandır;

- Qadağan edilmiş ərazilərə üzgü vasitələri ilə daxil olmaq olmaz;

- Hər bir vətəndaş insanların sularda təhlükəsizliyini qoruyan DSXX əməkdaşlarının çağırışlarına və tələblərinə riayət etməlidir;

- DSXX-nin məntəqəsinin, xilasetmə texnika və avadanlığının, habelə xilasedicilərin olduğu yerlərdə çimmək lazımdır;

- Nəzarətsiz ərazilərdə çimmək olmaz, bu insan həyatı üçün təhlükəlidir;

- Tanış olmadığınız ərazidə çimmək qadağandır;

- Xəbərdaredici nişanlara və lövhələrin tələblərinə riayət edin;

- Belə lövhələri sındırmaq və ya ondan şəxsi məqsədlər üçün istifadə etmək qadağandır.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı