Modern.az

Qızıl Xaç Komitəsi girovlara görə separatçılarla danışıqlara başladı

Qızıl Xaç Komitəsi girovlara görə separatçılarla danışıqlara başladı

کشور

22 İyul 2014, 21:50

Beynəlxalq Qızıl Xaç Komitəsinin müssiya rəhbəri Tomas Haliera Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış separatçı Dağlıq Qarabağ rejiminin “xarici işlər naziri” Karen Mirzoyanla görüşüb. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdə Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı məsələ də müzakirə edilib.  

Məlumatı separatçı qurumun “Xarici İşlər Nazirliyi” yayıb. Görüşün təfərrüatları barədə ətraflı məlumat verilmir.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Dilqəm Əsgərov Kəlbəcərdə erməni hərbi birləşmələri tərəfindən girov götürülüb. Ermənistan tərəfi onlarla birlikdə olan Cəbrayıl sakini Həsən Həsənovun isə öldürüldüyünü bildirir.  

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı