Modern.az

Məleykə Abbaszadə: “Qəbul imtahanlarında yeniliklər olacaq”

Məleykə Abbaszadə: “Qəbul imtahanlarında yeniliklər olacaq”

Ölkə

30 Sentyabr 2010, 13:22

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti illər üçün qəbul imtahanlarına dair yeniliklər elan edib. Modern.az-ın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransda bildirib. O, deyib ki, 2011/2012-ci il tədris ili üçün magistratura imtahanına ərizə qəbulu və qəbul imtahanın I mərhələsi 2011-ci ilin fevral ayında aparılacaq.
Qəbul qaydaları imtahanın birinci mərhələ üzrə dəyişməz qalır. Yəni birinci mərhələsində intellekt səviyyəsi, xarici dil və informatika fənni üzrə biliklər yoxlanılacaq.

Məleykə Abbasova onu da qeyd edib ki, bu təcrübə artıq dünyanın əksər universitetlərində mövcuddur. Yəni tələbələr bakalavr pilləsinin sonuncu  kursunda imtahan verəcəklər və bakalavriatı bitirməmiş magistraturaya imtahan verəcək,  daxil olub-olmayacaqlarını biləcəklər.

Gələn il ali məktəblərə tələbə qəbulunda yeniliklər olacaq. M.Abbaszadə deyib ki, III ixtisas qrupuna daxil olan “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları 2011-ci ildən II ixtisas qrupuna daxil edilib.
O, bunu həmin ixtisaslarda oxuyan tələbələrin coğrafiya fənnini bilmək ehtiyacından irəli gəldiyini bildirib.

2011-ci ildə keçiriləcək qəbul imtahalarında riyaziyyat fənni üzrə test tapşırıqları açıq tipli olacaq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında qərara uyğun olaraq rezidenturaya qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq. Rezidenturaya qəbul isə yalnız tibb sahəsinə aiddir.

 TQDK-nın başqa bir yeniliyi də fizika, riyaziyyat və kimya fənnləri üzrə video mühazirələrlə bağlıdır. Bu mühazirələr ən yaxşı müəllimlər tərəfindən keçirilir.

M.Abbaszadə bildirib ki, abituriyentlərə qəbul imtahanlarına hazırlaşmağa kömək etmək məqsədi ilə 2011-ci ilin yanvar ayında ölkə ərazisində bir sınaq imtahanı keçiriləcək: «Növbəti sınaq imtahanları isə müntəzəm olaraq aprel ayından başlayacaq». 

Vüqar Ağamalıoğlu

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı