Modern.az

Azərbaycanlıların Moskva sərgüzəştləri, rus İqorun Bakı əhvalatı…

Azərbaycanlıların Moskva sərgüzəştləri, rus İqorun Bakı əhvalatı…

Ölkə

9 İyun 2015, 22:40

2004-cü ildə məzuniyyət müddətində Moskva şəhərinə getdim. Məni hava limanında dostum Xalid Əliyev qarşıladı. O, Moskva şəhəri Krasnoqvardeyskiy rayonunda yaşayırdı. Orada xeyli zaman olardı ki, ticarətlə məşğul idi. Xalid məni birbaşa “Sedlovskiy 52” ünvanında yerləşən “Antaris” restoranına apardı. Biz içəri daxil olanda restoranda azərbaycanlı muğənnilər oxuyurdu. Ətrafa göz gəzdirdim, müştərilərin də demək olar ki, hamısı azərbaycanlılar idi. Belə olan halda təbii ki, özümü Moskvada deyil, Bakıda - dogma şəhərdə hiss etdim.

İlk baxışdan buradakı azərbaycanlılar çox mehriban görünürdü. Söhbət zamanı Xaliddən həmyrlilərimizin həyatı, yaşayışı, işləri barədə öyrənmək istədim. O, əvvəcə üzümə baxaraq dərinnən köks ötürdü və sonra dedi:
- Əvvəllər hər şey çox gözəl idi. Bilirsən, bu kazinolar işə düşəndən sonra çoxlarının, o cümlədən bizimkilərin də həyatı demək olar ki, alt-üst, işləri iflic oldu. Qazandıqlarını elə buradaca qoyan soydaşlarımızin, necə deyərlər, qara günü başladı. Əllərinə düşən pul-para, nə vardısa, boşuna havaya sovurdular.

Dostum əlinin işarəsiylə restorandakı müştərilərin bir neçəsini göstərərək “bax, onların çoxunu yaxşı tanıyıram”dedi.

- Bax o qıraqda tək oturanı görürsən, onun burada evi, mağazaları, bağı, bir sözlə hər şeyi var idi. Hələ Bakıda 4 mənzilini də üstünə gəlsək, gör nə vəziyyətdə olub də. Nolsun?! Hamısını pula çevirib, kazinoda uduzdu.
Ondan sağdakı müştərinin anbarı var idi, hansı ki, ayda 50 min dollar dəyərində mal realizə edirdi. Hal-hazırda isə kirayədə qalır, ailəsini də vətənə göndərıb, özü isə 3 ildir ki Bakıya gedə bilmir, üstəlik də xəstədir, amma əlinə pul düşən kimi yenə kazinoya gəlir.

Söhbət zamanı Xalidin qohumu da gəlib çıxdı. Görüşüb bizimlə əyləşdi. Xalid üzünü ona tutub dedi:
- Mənim bu qohumumu da kazino bədbəxt edib, amma yenə də özünə yığışmır ki, yığışmır. Obyektləri var idi, ayda 150 min təmiz qazanırdı. Kazinoya girişəndən sonra her şeyini itirdi, Bakıdakı evini də satdı. İndi balaca bir meyvə obyekti var. O da ki, aya 3 min dollar qazanc gətirir. Onun isə yarısını qaldığı evin kirayəsinə, yemək-içməyinə ödəyir, qalan yarısını isə yenə kazinoda qoyub çıxır. Hələ də ağıllanmayıb.

Bu sözü eşidən qohum əsəbləşərək ayağa qalxdı və üzünü Xalidə dedi:

- Kozinonu işlədən sizsiz, oynayan özünüzsüz, hələ bir danışırsan da, - deyərək çıxıb getdi.

Mən Xaliddən soruşdum ki, o nə deyirdi elə? Dostum mənə özündən kiçik qardaşı Fikrətdən danişdi:

- Böyük qardaşım kiçik qardaşım Fikrətə bir mağaza vermişdi ki, işlətsin, qazansın, yaşasın. Fikrət isə qazandığını qumara qoyurdu. Böyük qardaşım da qəzəblənərək verdiyi mağazanı geri aldı. Fikrətdə qalan elə tək avtomobil oldu. Başladı maşını taksi kimi işlətməyə. Gündə aşağı-yuxarı hardasa 100 dollar əlinə düşürdü. Onu da axşam saat 8 olan kimi gətirib kazinoda qoyub çıxırdı. İndi bugünkü qazancını da elə yenə eləcə, havaya sovurub qayıdacaq evə.

Mən soruşdum ki, “bəş qohumunun “kazinonu işlədən də siz, insanları buraya cəlb edən də” deməyi nə idi? Kazino sizindir ki?”.
Xalid danışağa davam etdi: “Mənim böyük qardaşım Nazim Moskvada imkanlı və tanınmış iş adamlarından biridir. O ticarət obyektlərinin coxunu müqavilə yolu ilə icarəyə verir. Bir gün bir nəfər gəlib boş obyekt istədi. Qardaşımla 3 illik müqavilə bağladılar. Həmin şəxs müqavilə müddəti üzrə bütün məbləği bəribaşdan ödədi. Aradan bir müddət keçmişdi ki, orada kazino açıldığını öyrəndik. Düzü, əvvəlcə düşündük ki, nədən kazino? Kimdir kazinoya gələn ki? Amma sonra zaman keçdikcə, elə öz soydaşlarımız buraya gəlməyə başladılar. Kazinonun boş qalan vaxtı olmurdu. Nazim gördü ki, öz həmvətənlərimz nə qazanırlar elə gətirib burada qoyur, çıxırlar, onda obyekti geri almaq qərarına gəldi. İş gedib məhkəməyə çıxdı. Lakin qanun qalib gəldi. Qardaşım onara bir şey edə bilmədi. Məcbur olub onların kazinosunun yanındakı obyekti kazino kimi açdı ki, bəlkə bu yol ilə rəqibləri bezdirər.

Xalid əliylə mənə restoranın pəncərəsindən göstərdi - təxminən 100 metr məsafədə yan-yana iki kazino fəaliyyət göstərirdi…

Mən bir söz demədən bayıra çıxdm, oradan birbaş kazinoya getdim. Kazinonu işlədəni görən kimi tanıdım – mənim orta məktəbdə sinif rəhbərim olmuş Qoca Dostuməliyev müəllmin oğlu Azər idi. Görüşdük, hal-əhval tutduq. Bir az söhbətləşdik. Sonra mən orada yerləşdirilmiş aparatlara baxdım.
Sonra 5 dollar pul verdm, aparata qoydu. İlk dəfədə 15 min rus rublu, hardasa 550 dollar uddum, amma 500 dollar müqabilində rus rublu çıxartdım. 50 dollar bilərəkdən saxladm, bir neçə dəqiqəyə o 50 dollar “yoxa çıxdı”.

Mənə demişdilər ki, təzə - naşı müştəri gələndə kazino aparatları uduş verir, amma inanmırdım…

Qayıdıb restorana gəldim. Dostum hara getdiyimi maraq etdi. Dedim: “İradəmi yoxlamaq üçün kazinoya getdim. Elə ilk oyundaca 500 dollar uddum. Amma o pulu nə cibimə qoya bilərəm, nədə ki hədiyyə-filan alacam. Udduğum pulla restorandakı hesabımızı ödəyəcəm”.
Lakin dostum hesabı ödədiyini söylədi. Sabahki hesabımızı ödəmək üçün pulu masanın üstünə qoydum.

Masa arxasındakı digər yoldaşlar hara getdiyimi soruşanda, onlara “kazinoya getmişdim”, - dedim, “oradaki aparatların insanları necə “məhv etdiyini” öz gözlərimlə görmək istəyirdim. Özümü sınamaq məqsədilə oynadım və oyunu uddum. Doğrudur, o aparat mənə uduş qazandırdı, amma məni özünə cəlb edə bilmədi”.

Orada həmyerlilərimizin rus dilini bilmədən necə işlədiklərini soruşdum. Xalid dedi ki, “düzdür, eləsi var rus dilini heç bilmir, dili bilmədən isə burada keçinmək çətindir. Amma o da var ki, buraya gələnlərin çoxu elə azərbaycanlılardır”.
Onu da əlavə etdi ki, burada elə azərbaycanlılar var, baxmayaraq ki, 10 ildir buradadir, bir kəlmə də rus dilində danışa bilmirlər. Önlar topdansatış ticarətiylə məşğuldurlar, mal gətirən də özümüzünkülərdir, mal alanlar da. Kafe, restoranı da azərbaycanlılar işlədir, onların da demək olar ki, bütün müştəriləri özümüzünkülərdir.

Səhərisi gün Xaliddən məni şəhərə aparmağını xahiş elədim. Biz Moskvanın mərkəzinə getdik. Şəhər çox dəyişilmişdi.
1984-cü il tələbəlik vaxtlarım yadıma düşdü. Tverskoy küçəsində Babayev adına karamel fabikinin mağazası yerləşirdi. “Karamel”in 30-a yaxın şöbəsi vardı. Yadımdadır ki, karamellə kofeyinin qarışıq bir ətri vardı, çox xoşuma gəlirdi. Nəfəs aldıqca ətri adamın cıyərlərinə gedirdi, doymaq olmurdu. Karameli alıb 200 metr aşagı düşərək “Tverskoy 7”də yerləşən mərkəzi poçtdan Tovuza göndərirdim.


O vaxtdan artıq 20 il keçmişdi. Mən o mağazaya tərəf getdim ki, yaddaşıma hopan həmin ətri yenidən hiss edim, gəncliyimi xatırlayım. Mağazaya girdim. Elə ilk andaca sarımsaq iyi məni vurdu. Baxdım ki, artıq burada kolbasa, ət, sala, araq satılır. Bir şöbədə isə karamel gördüm. Baxmaq istədim, lakin içərinin qarışıq iyi məni çöl çıxmağa vadar etdi.

Mərkəzdə bir az gəzəndən sonra bizə zəng gəldi. Xalidin restoranına qayıtdıq. Orada mənim əmim oğlu Ayaz Qasımov, Telman və sinif yoldaşım, uşaqlıq dostlarım Moskvada olduğumu bilərək qonaq dəvət etmək üçün yığışmışdılar. Görüşüb masa arxasına keçdik. Söhbət zamanı mən onlara soydaşlarımızın kazinolarda başına gələnlərdən xəbərdar olduğumu bildirdim. Onlara kazinoda qumar oynayıb ozümü yoxalamğımdan danışdım. Və ilk oyun zamanı 500 dollar udduğumu dedm, söylədim ki, o pulu restoranda hesabımızı ödəmək üçün saxlamışam.

”İndi siz mənim qonağımsınız, mən sizin yox”,-dedim. Uşaqlarla xeyli danışıb söhbət etdik, deyib-gülük, uşaqlıq illərini yada saldıq. Dostum Yusif dedi ki, “biz gəlmişdik Cəlaləddinə qonaqlıq verək, amma o bizə qonaqlıq verdi, bilirsiz niyə? Çünkü o bizdən çox əvvəl Moskvaya gələnlərdəndir“.

Axşamüstü ayrılarkən əmim oğlu Ayaz səhər tezdən yanıma gələcəyini dedi. Səhəri gün o qaldığımız otelə gəldi. Yanında Bakıda anadan olmuş bir rus da var idi. Adı İqor idi. Əmoğlu dedi ki, İqor bizim ona kömək etməyimizi istəyir. Onun Bakıda “Neftçilər” metrostansiyasının yaxınlığında birotaqlı mənzili var.

“O, konsulluqdan sənə etibarnamə vermək istəyir ki, Bakıya qayıdanda o evi satıb pulunu bura göndərəsən”.

Moskvada olduğum müddətdə demək olar ki, İqorla hər gün görüşürdük. Ona bir günlük də olsa belə, Bakıya gedib evi özü satmasını məsləhət gördüm. Lakin o, anasının xəstə olduğunu və 4 min dollarlıq evin 3 min dollara satılmasına da razı olduğunu bildirdi. Mən İqora ev satışı ilə məşgul olmadığımı dedim, amma tanışlarım olduğunu və ona bu işdə əlimdən gələn köməyi edəcəyimə söz verdim.

İqorun Bakıya getmək istəməməsindən belə başa düşdüm ki, o nədənsə qorxur, məsələni tam açıqlamaq istəmir. Mən ona bildirdim ki, düzünü danışsın, niyə Bakıya getməkdən ehtiyat edir.  O isə mənə söylədi ki, Bakıda rusları incidirlər.

”Gedə bilmərəm, kim mənim təhlükəsizliyimə təminat verə bilər ki?!”.

Onun bu sözlərini təbəssümlə qarşlayaraq bildirdim ki, dedikləri yalan söhbətdir, Bakıda rusları necə incidə bilərlər?

”Elə olsaydı səncə, biz burada - Rusiyanın paytaxtında belə sərbəst gəzib-dolaşa bilərdikmi?!”.

İqor mənə bir sual da verdi:

- Bakıya getsəm, məni oradan məcburi əsgəri xidmətə aparmazlar ki?

Onun sualını həm hiddət və həm də istehza ilə cavablandırmağa məcbur oldum:

- Sən nə danışdığını bilirsən? Axı sən Rusiya vətəndaşısan. Kim və hansı əsasla səni əsgər apara bilər? Bu uydurma fikirlərlə beyninizi kim doldurub belə?

Nəhayət İqorla belə qərara gəldik ki, Bakıya gələndə onu hava limanında özüm qarşılayayım və mənzilini satandan sonra Moskvaya yola salım. Əmoğlum Ayaz dedi ki, İqor “Qazel” deyilən yuk avtomobiliylə onun mağazasına mal daşıyır. O, dönə-dönə tapşırdı ki, İqora kömək edim, narahat qalmasın.

Səhərisi gün Bakıya qayıtdım. 10 gündən sonra İqor mənə zəng edərək novbəti gün gələcəyini bildirdi. Dediyi vaxt mən onu Binə hava limanında qarşıladım, sonra “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Şuşa” kafesinə gətirdim. Orada nahar etdik, dərdləşdik, hal-əhval tutduq. İqor anasının keçmiş iş yoldaşına zəng eədərk, öz mənzilinin açarını istədi. Həmən adam oturduğumuz kafeyə gəlib evin açarlarını İqora verdi və mənzilin ünvanını ona başa saldı.

Mən bir dostuma zəng etdim. O, yanımıza “Neftçilər” metrostansiyası yaxınlığında ev alqı-satqısı ilə məşğul olan bir makler gətirdi. Mənzilin ünvanını deyən kimi makler tanıdı və bir müddət əvvəl o mənzildə olduğunu, oranın Akif adında bir şəxsin kirayəyə verdiyini söylədi. Akif açarı bizə gətirən kişi idi. Mən maklerə, o evin bizim olduğunu və təcili satmaq istədiyimizi bildirdim. Maklər bir qədər fikrə getdi, nəsə xatırladı və söhbət gedən mənzili üzbəüz dəhliz qonşusunun 8 min dollara almaq istediyini dedi. Məbləği eşidən kimi İqor üzümə baxıb tez də nəzərlərini çəkdi və bu barədə bir kəlmə də danışmadı.
Maklerə dediyi məbləğə razı olduğumuzu bildirdim. Makler vaxt itirmədən alıcıya zəng etdi.

Mənzil almaq istəyənlə sövdələşdik. Gərək olan ilkin sənədləşmə işlərini aparmaqla məşğul olduqdan sonra elə də uzaqda olmayan Notariat kontoruna gəldik. İqor sevincindən sanki  uçurdu. İşlər başa çatdıqdan sonra o, növbəti gün üçün Moskvaya bilet aldı. Nə qədər ki, ucmağa hələ vaxt var idi, Bakıda gəzib-dolaşmağımızı istədiyini dedi.
Mən onu şəhərin mərkəzinə apardım. Hər yanda qələbəlik vardı, insanlar hərə bir yana tələsirdi. Bir sözlə, əsl şəhər həyatı göz ünündəydi. Özü də hər şeyi gözləriylə görürdü. İqoru şəhərdə qoyub işimin ardınca getdim və nəsə lazım olsa, mənə zəng etməsini tapşırdım.

Ertəsi gün iş başındaydım. Gözləmədiyim halda İqor yanıma gəldi. Hal-əhvaldan sonra bildirdi ki, şəhərin mərkəzini gəzib dolaşıb, dənizkənarı parka gedib.

”Bir kimsənin mənimlə işi olmadığının şahdi oldum. Mənə deyilənlərin və “Başıda rusları incidirlər” kimi eşitdiklərimin yalan olduğunu gördüm”.

Mən yenə də ona bu yalanları kim danışdığını soruşmadım. İqor bileti dəyişdirdiyini və uç gün sonraya yenisini aldığını söylədi. Mən bu müddətdə nə edəcyini soruşmadan, o özü sinif yoldaşlarını tapıb onlarla görüşəcəyini dedi. Sağollaşıb çıxdı.

Aradan bir həftə keçmişdi. İqor yanıma gəldi. Mən ondan niyə hələ Moskvaya qayıtmadığını soruşdum.

- Biletim sabahadır. Amma getmək istəməzdim, - dedi, - qalıb Bakıda yaşayardım. Bir yol tapıb, xahiş edib mənzilimi də geri alardım. Nə yazıq ki, anamın vəziyyəti ağırdır, getməkdən başqa yolum yoxdur.

Beləcə görüşüb ayrıldıq…

Aradan daha 11 il keçdi. Mən Elçin adında dostumla 2015-ci il iyunun 1-də metronun “Qara Qarayev” stansiyası yaxınlığında görüş təyin etmişdim. Birdən bir nəfər adımı çağıraraq mənə yaxınlaşdı. Adımı deməsəydi, məni kiminləsə səhv saldığını düşünərdim.

- Tanımadın? Mənəm İqor! Moskvada tanış olduğumuz İqor!

Qucaqlaşıb görüşdük. Mən ondan təbəssümlə soruşdum:

- Xeyir ola?! Bəs sən Bakıya gəlməkdən qorxurdun?
Cavab verdi:
- Mən bir neçə dəfə sənə bilərəkdən söz atdım ki, o yalanları mənə kimin danışdığını soruşasan, amma sən bir dəfə də soruşmadın. Elə bilirəm, indı zamanıdır, özüm danışım. Anam Tatyana 40 il Bakı Neftayırma Zavodunda operator işləyib. Həmin zavod tərəfindən bizə 4 otaqlı mənzil verilmişdi. Anam o mənzili 1991-ci ildə - onda mən hələ 7-ci sinifdə oxuyurdum – “Neftçilər” metrostansiyası yaxınlığında birotaqli mənzilə dəyişdirdi və üstündə əlavə pul aldı. O pula isə  Moskvada 3 otaqlı mənzil aldı. Bizim Moskvada bir qonşumuz vardı, Bakı ermənisi idi. O, hər gün bizə gəlib, azərbaycanlıların Bakıda ermənilərdən sonra indi də rusları incitdiklərindən deyirdi. Ruslara qarşı təxribatlarından o ki var danışırdı. Bizsə ona inanmışdıq. Ona görə Bakıya gəlməkdən qorxurdum, amma sən məni “məcburi” də olsa Bakıya gətizdirdin. Buraya gələndən sonra həyatım tamam dəyişdi, burda olmağımdan çox xoşbəxtəm və buna görə sənə borcluyam.

İqor bunları deyəndən sonra düzü, elə də təəccüblənmədim, amma yenə söz olaraq Bakıya köçməsi prosesi ilə maraqlandım. Bildirdi ki, o evini satandan sonra sinif yoldaşlarıyla, köhnə qonşularıyla görüşüb. Hər gün biri onu evində qonaq saxlayıb. Moskvada olanda zəngləşib, əlaqə qurublar. Yoldaşları, təzədən ünsiyyət qurduqları tez-tez zəng edərək İqorun xəstə anasıyla maraqlanıblar.

O danışdıqca həm kədərlənir, həm də burada yaşadığı üçün sevinirdi. Sözünə davam edərək söylədi:

- Anam rəhmətə gedəndən sonra, onun keçmiş iş yoldaşları, qonşularımız, sinif yoldaşlarım hamısı zəng vuraraq başsağlığı verirdi. Mən 13 il Moskvada yaşamışam, 3 il orada orta məktəbdə təhsilimi davam etdirmişəm. Amma nə oradakı tanışlarımdan, nə də ki sinif yoldaşlarımdan anamın ölümüylə bağlı başsağlığı verən oldu. Fikirləşdim ki, mənə doğma olan insanlar Bakıdadır, mən orada dünyaya gəlmişəm, mənim vətənim də Bakı sayılır. Bakı mənə insanların saflığını, humanistliyini, doğmalığını, qanıistilyini, etibarını göstərib. Bax, mən evimi sənə 3 min dollara da satmağa razı idim. Amma sən onu etmədin, evimi satmağa şərait yaratdın. 2004-cü ildə 3 min dollara satmağa razı olduğum mənzili 8 min dollara satdın, o məbləğin hamısı özümə çatdı. Kim bunu edərdi? Məsələn, Moskvada bunu edərdilərmi? Əlbəttə, yox!  Bundan başqa, bilirsən ki, mən 7-ci sinifdə oxuyanda Bakıdan köçmüşük. Azərbaycanlılar barəsində səhv məlumat almışdım, gəlib hər şeyin şayiə, yalan olduğuna canlı şahid oldum. Buradakı insanlardan doğmalıq gördüm. Bu səbəbdən də Moskvaya gedəndən sonra darıxmağa başladım. Odur ki, oradakı evimi satıb, evdə xırda-para əşyalarımı öz yuk avtomobilimə yükləyib Bakıya köçdüm. Elə köhnə məhəllədən, “Neftyağın binası” deyilən evdən 3 otaqlı mənzil aldım. “Qazel” maşınımla “xaltura” etməklə dolanırdım. Bizim binada yaşayanların hamısı zavodda işləyənlərdir, əksəriyyəti anamı tanıyırdı. Onlar məni zavoda işə düzəltdilər, elə indi də orada işləyirəm. Evləndim. İstəyirdim ki, toyumda ən yaxın adamlarımdan biri olaraq məclisin baş tərəfində sən olasan. Amma axtardım, tapa bilmədim. Moskvaya zəng edib Ayazı axtardım, o da əvvəlki yerində olmadı, köcmüşdü. Beləcə, əlaqə kəsildi…

Mən isə minnətdarlığa ehtiyac olmadığını, hər şey üçün sevindiyimi bildirdim. “Yenə, gec də olsa görüşdük!” dedim.

Unutduğum, yadımdan çıxmış bir əhvalatı yenidən xatırladım və dediklərim yalnız bu oldu: “Ermənilər təkcə bizim xalqımıza qarşı deyil, dünyada onlara havadarlıq edənlərin siyası hiyləsinə uyaraq daha qəddar və insanlığa sığışmayan hərəkətlər edir, bunun üçün istənilən təxribata hazır olduqlarını bildiririlər. Nə isə, bir daha DÜŞMƏNİMİZİN NƏYƏ GADİR OLDUĞUNU GÖRDÜM.

Pirallahı, 2 iyun 2015-ci il

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı