Modern.az

Musa Quliyev İstanbul səfərindən danışdı

Musa Quliyev İstanbul səfərindən danışdı

تحصیلات

23 Oktyabr 2013, 16:32


“Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QİƏT PA) Türkiyədə keçirilən toplantısı Parlament Assambleyası ilə bu qurumu özü arasında fəaliyyətin daha da məhsuldar olması, işgüzar xarakter daşıması və bir-birinə qarşı olan müəyyən iddiaların çözülməsi ilə bağlı idi”.
Bu sözləri Modern.az-a açıqlamasında deputat Musa Quliyev deyib. O, qeyd edib ki, QİƏT PA özünün qəbul etdiyi qərarların tövsiyə xarakterli deyil, birbaşa icraya yönələn qərarlar olmasını istəyir.

“Amma bu məsələ indiyə qədər öz həllini tapmayıb. Əgər birbaşa icraya yönəlik qərarlar olarsa, həm təşkilatın nüfuzu qalxır, həm də siyasi status qazanır, eyni zamanda üzv dövlətlər üçün qəbul olunan qərarlar daha əhəmiyyətli olur. Amma Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında nazirlər səviyyəsində qərarları birbaşa icraya götürüb həyata keçirmək çətin olduğuna görə tərəddüd edirlər. Orada Asəf Hacıyev də çıxış edib bildirdi ki, əlaqələrin genişləndirilməsi üçün iki təşkilat arasında statuslara baxılmalıdır, nizamnamələr yenidən işlənməlidir. Sonra qərara alındı ki, Slovakiyanın paytaxtı Bratislava şəhərində noyabrın 21-22-də Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası ilə Avropa Birliyinin Parlament Assambleyası arasında görüş keçirilsin”.

M.Quliyev iclasda Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı fikirlərin səsləndiyini bildirib. “Parlament Assambleyasında Azərbaycanda keçirilmiş seçkiləri müşahidə edən beynəlxalq nümayəndələrdən biri seçkilərin yüksək səviyyədə təşkilini, demokratiya, insan haqlarının qorunmasına riayət olunduğunu vurğuladı. Üzv dövlətlərə də Azərbaycan təcrübəsinin öyrənilməsi tövsiyə olundu”.  

Aytən ƏLİYEVA
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı