Modern.az

Bakıda Türkiyənin Cümhuriyyət bayramı qeyd edildi - FOTOLAR

Bakıda Türkiyənin Cümhuriyyət bayramı qeyd edildi - FOTOLAR

تحصیلات

26 Oktyabr 2013, 15:05

“Vahid Millət Dövlətçiliyə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda Türkiyə Cumhuriyyətinin 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

Beynəlxalq Mətbuat Mərkəzinin “Dəyirmi zal”ında keçirilən tədbirdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səslənib.

 Tədbirdə Türkiyə səfirliyinin Kültür və Tanıtma müşaviri Seyit Ahmet Arslan, Kuzey -Kıbrıs Cümhuriyyətinin Bakıdakı nümayəndəsi Sadettin Topukçu, Prezident yanında İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnistutunun direktoru siyasi elmlər doktoru, politoloq Elman Nəsirov və Azərbaycanın bir sıra  elm adamları, ziyalılar, gənc fəallar  iştirak ediblər.

Çıxış edən qonaqlar əsasən  XIX əsrin sonlarında zəif idarəçilik,imperiya tərkibində separatçılığın güclənməsi və Avropa ərazisində Osmanlının vaxtaşırı məğlubiyyətinin İmperiyanı hədsiz zəiflətməsindən və  İmperiyanın Birinci Dünya Müharibəsini uğursuzluqla başa vurmasından danışıblar.

Müharibədən sonrakı dövrdə Avropa dövlətlərinin öz aralarında imzaladıqları müqavilələrin faktiki məqsədi Osmanlı Türkiyəsinin bölüşdürülməsi idi. İzmir Yunanıstanın payına düşmüşdü və 15 may 1919-cu ildə yunanlar İzmirə daxil oldular. Bundan sonra Türkiyədə professional hərbiçi Mustafa Kamal Atatürk  paşanın başçılığı ilə Azadlıq hərəkatı başlandı.

Onu da qeyd edək ki, 1919 -1923-cü illərdə Mustafa Kamal Paşa (Atatürk) rəhbərliyində həyata keçirilən İstiqlal Mubarizəsi nəticəsində Türkiyə öz müstəqilliyini bərpa etdi, prosesin yekun mərhələsində isə rejim dəyişikliyi reallaşdırıldı,monarxiya cumhuriyyətlə əvəzləndi.

29 oktyabr Türkiyədə hər il Respublika Bayramı olaraq qeyd edilir.






Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı