Bu gün “Gənclik” və “Neftçilər” metrostansiyalarının keçidlərindəki köşklərdə “bütün mallara endirim” yazısı yazılıb. Adının çəkilməsini istəməyən satıcılar Modern.az-a bildiriblər ki, onlara mart ayının 16-a qədər vaxt verildiyini bildirdilər. “Qiymətləri mümkün qədər ucuz etdik ki, mallar əlimizdə qalmmasın”-deyə bildirdilər.
Qeyd edək ki, martın 11-də “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti keçidlərdəki ticarət köşkləri haqda qəti qərar qəbul edib.Zaur Hüseynov “Köşklər yığışdırılacaqmı” sualına belə cavab verib: “Qərarımızı vermişik. Onun açıqlanmasını gözləyin”.
Gülşən Raufqızı