Modern.az

Putinlə Ruhani arasında telefon danışığı olub

Putinlə Ruhani arasında telefon danışığı olub

Education

14 Mart 2014, 01:45

Rusiya prezidenti Vladimir Putinlə iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub. 

Prezidentlər İranın nüvə proqramı üzrə fikir mübadiləsi aparıblar və "altılıqla" danışıqlarda rəsmi Tehranın mövqeyi müsbət qiymətləndirib.

Söhbət zamanı ikitərəfli və beynəlxalq gündəlikdə olan aktual məsələlər müzakirə olunub. Belə ki, Putin və Ruhani ümumi layihələrin ardıcıl reallaşdırılmasını əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı istəklərini təsdiqləyiblər.

Bundan başqa, dövlət başçıları beynəlxalq və regional məsələlər üzrə, o cümlədən növbəti Xəzər sammitinin hazırlanması ilə bağlı fəal dialoqu davam etdirmək razılığına gəliblər. /anspress/ 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı