Modern.az

“Saxla İzimi Dünya” kitabının təqdimat mərasimi olub

“Saxla İzimi Dünya” kitabının təqdimat mərasimi olub

تحصیلات

17 Mart 2014, 11:40

Modern.az xəbər verir ki, martın 15-də Beynəlxalq Mətbuat Mərkəzində “Saxla İzimi Dünya” kitabının təqdimat mərasimi keçirilib.

Bildiyimiz kimi, İctimai Birliyin də adını daşıdığı Azərbaycanın Əməkdar incəsənət xadimi, ustad aşıq Aşıq Şəmşirin irsinin araşdırılması və təbliği Birlik üçün xüsusi önəm daşıyır. Bununla əlaqədar olaraq Birlik müxtəlif konfranslar, bədii tədbirlər, görüşlər keçirir, kitablar, jurnallar nəşr etdirir. Aşıq Şəmşirin irsi hələ sovetlər zamanında ədəbiyyatşünasların, folklor araşdırmaçılarının böyük diqqət mərkəzində olub. Aşıq Şəmşir irsi ilə bağlı uzun zamandan bəridir müxtəlif elmi araşdırmalar aparılır, dissertasiyalar yazılır. Aşıq Şəmşirin həm yaradıcılıq irsini, aşıq sənətimizə verdiyi tövhələri, həm də əsil vətəndaş həyatını araşdırıldıqca yeni məqamlar ortaya çıxır. Ustad aşığın irsinə olan diqqət hər zaman artır. 

Dədə Şəmşirin mükəmməl porteretinin yaradıldığı bu kitab haqqında “Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu qeyd etdi ki, bü gün dövlətimiz milli mənəvi dəyərlərimizə, o, cümlədən aşıq sənətinə xüsusi diqqət və qayğı göstərir. Təsadüfi deyildir ki, qüdrətli el sənətkarının 110 illik yubileyinin keçirilməsi haqqında Ulu öndər Heydər Əliyevin 2003 - cü il 5 iyul tarixli Sərəncamı Dədə Şəmşiri yüksək dövlət səviyyəsində bir daha xatırlamağa, yaradıcılığını daha ətraflı öyrənməyə və geniş təbliğ etməyə böyük imkanlar yaratdı. Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü şair fəhmi ilə dərk edən Dədə Şəmşirin şeirlərini oxuduqca aşığın ürəkdən gələn səmimi və təbii deyimlərinə valeh olmaya bilmirsən. Xalqın dərdi ilə ağlayıb, sevinci ilə gülən ulu ozanın coşqun ilhamı 60-70 –ci illərdə Azərbaycanda gedən dərin inkişafı və Ulu Öndər Heydər Əliyev həqiqətlərini məhəbbətlə tərənnüm edirdi. 

Hər zaman Dədə Şəmşir yaradıcılığına artan marağı nəzərə alaraq Ustad aşığın ən yaxın dostu, sirdaşı olmuş, folklorşünas, ölkə ictimaiyyətinin çox yaxşı tanıdğı şair, tərcüməçi və əməkdar mədəniyyat işçisi Məmməd Aslanın bir zamanlar Aşıq Şəmşirin həyatından, yaradıcılığından və kamil şəxsiyyətindən bəhs edən “Saxla izimi dünya” kitabı yenidən nəşr etdirilib. Məmməd Aslan 30 ildən artiq bir müddət ərzində Aşıq Şəmşirlə dostluq edib. Aşığın həyat və yaradıçılığının mühüm məqamlarını çox diqqətlə öyrənib. Aşığın vəvatından 35 il müddətində onun unudulmaz xatirəsinə bu kitabı yazıb ərsəyə çatdırmışdır. Kitabda yaradıçı aşığın 16-çı əsirdən bəri ulu babası Misgin Abdaldan indiyə qədər o nəsil oçağının odunun közünün ustad yaradiçılarını göz önündə sərgiləməyə cəhd eləyib. 

İndiki nəşrdə müəllif kitaba ikinçi hissə yazmış və əvvəlki hissəni əsaslı şəkildə yenidən işləyib mükələşdirib. İnsafən deyək ki, Aşıq Şəmşirlə bərabər bu şer-sənət ocağının qabil ustadlarının bir neçəsinin ədəbi portreti maraqla canalandırılıb. 

Tədbirin aparıcısı filologiya elimləri üzrə fəlsəfə doktoru İlham Məmmədli tədbir haqqında ətraflı məlumat verdi. Möcüzələr diyarı Kəlbəcərdə dünyaya göz açmış el sənətkarı Aşıq Şəmşir ulu dağlarımızın çiçək ətrini, bulaqların şirin şərbət dadını, bir sözlə bu gövhər torpağın misilsiz gözəlliyini misra - misra söz çələnginə hörərək özündən sonra zəngin və əbədi bir irs qoyub gedib. 

Xalq şairi Zəlimxan Yaqub qeyd etdi ki, qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır. Ömrünün 60 ilini öz sənəti ilə xalqa xidmətə həsr edən el şairi aşıq şeirinin ən müxtəlif formalarında gözəl sənət nümunələri yaratmış, canlı həyat lövhələri ilə dolu əsərlərində doğma xalqının fikir və duyğularını yüksək sənətkarlıqla ifadə edib. Şifahi xalq mədəniyyətimizin dərin bilicisi, mahir dastan ifaçısı kimi tanınan söz ustasının bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri, Vətən sevgisi, torpağa bağlılıq başlıca motivlərdir. 

Ustad aşığın yaradıcılığı öz qaynağını xalqımızın milli - mənəvi dəyərlərini tərənnüm edən zəngin saz və söz xəzinəsindən, klassik sənətkarlarımızın bədii irsindən alır. Azərbaycan Aşıqlar Birliyinin katibi, filologiya elmləri doktoru, professor, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı, Filologiya elimləri üzrə fəlsəfə doktoru Adil Cəmil, Nazirlər kabinetinin şöbə müdri Qurban Sadıqov, Professor Şahlar Əsgərov, Professor Şirindil Alışanlı Bakı Slavyan Universitetinin doktorantı Sərraf Balaxan və digər natiqlər vurğulanmışlar ki, ki, Dədə Şəmşir aşıq şeirinin müxtəlif poetik formalarında qələmə aldığı nümunələrlə qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməsləri ilə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən və buna öz istedadını əlavə edən qüdrətli söz sənətkarı kimi fərdi məktəbini yaradıb. Kəlbəcər elində qırx nəfərdən artıq şagirdinin aşıq sənətinə yiyələnməsində ustad sənətkarın əvəzsiz xidmətləri danılmazdır. Qeyd olunub ki, Aşıq Şəmşirin ifasında 75 aşıq havası lentə köçürülüb. Bu günə kimi isə sənətkarın bəzi lent yazıları Azərbaycan Dövlət Radiosunun Qızıl fondunda saxlanılır. Daha sonra aşıqlar ifasında Dədə Şəmşirin irsinə hörmtə olaraq saz havaları səsləndirilib. Onun haqqında xatirələr və dastanlar söylənilib. 

Çıxışlardan önçə Aşıq Şəmşirin həyat və yaradıcılığını əks etdirən sənədli filmin nümayişi olub. 

Tədbirdə ictimaiyyət nümayəndələri, elm xadimləri, Aşıq Şəmşir irsinin araşdırmaçıları iştirak ediblər.

 

 

Modern.az

 

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı