Modern.az

İdman qripə yoluxmanı yarı yarıya azaldır

İdman qripə yoluxmanı yarı yarıya azaldır

تحصیلات

18 Mart 2014, 01:04

Modern.az saytı xəbər verir ki, İngiltərədə aparılan bir araşdırmanın nəticələrinə görə, hər həftə ən azı iki saat yarımlıq idman etmək qripə yaxalanma ehtimalını yarı yarıya azaldır.

London Gigiyena və Epidemiologiya mərkəzinin internet üzərindən 4800 adamla apardığı sorğunun nəticələrinə görə, yüngül məşq eyni effekti vermir.

 Bu il beşinci dəfə aparılan bu sorğu, kimlərin qripə daha tez-tez yoluxduğunu  müəyyənləşdirmək üçün keçirilir.

Anketdə, sorğuda iştirak edənlərin yaşları, uşaq sahibi olub-olumadıqları, qrip peyvəndi edilib-edilmədikləri, eyni zamanda qaçış, sürətli velosiped sürmə və ya digər müsabiqələrdə iştirak edib-etmədiklərilə bağlı suallar yönəldilib.

Nəzarətdə olanlar hər həftə özlərini necə hiss etdiklərini və qripə bənzər əlamətlərin üzə çıxıb-çıxmadığını bildiriblər.

Sorğunun  nəticələrini qiymətləndirən ekspertlər qripə yoluxa biləcək hər 1000 adamdan 100-nün mütəmadi idman nəticəsində qripdən yan keçə biləcəyini vurğulayıblar.

Araşdırmaçı Dr. Alma Adler, "Bu hələ ilkin nəticədir. Bu səbəbdən hələ tam fikir söyləmək olmaz. Ancaq idman məşqlərinin bir çox xəstəliklərə faydalı olduğu danılmaz faktdır. Elə buna görə də, insanlar bacardıqları qədər yaxşı havalarda tez-tez bayıra çıxıb, məşq etməlidirlər.”

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı