Modern.az

Obamanın mühafizəçisi sərxoş vəziyyətdə tutuldu

Obamanın mühafizəçisi sərxoş vəziyyətdə tutuldu

تحصیلات

27 Mart 2014, 00:26

Modern.az saytı “Washington Post” qəzetinə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın Avropa ziyarətinə bir skandal öz damğasını vurub.

Hollandiyada səfərdə olan prezident Barak Obamanın mühafizəsində  çalışan bir amerikan gizli xidmət kəşfiyyatçısının  sərxoş vəziyyətdə tutulduğu iddia edilir.

Qəzetdə yer alan xəbərə görə, Amsterdamda bir mehmanxanada sərxoş olduğu məlum olan mühafizəçini və ona mane olmayan digər iki həmkarını da onunla birlikdə ABŞ-a geri göndəriblər.

Amerikan gizli kəşfiyyat orqanı hadisənin Barak Obama Hollandiyaya gəlmədən əvvəl reallaşdığını və 3 mühafizəçinin intizamsızlıq səbəbiylə vəzifədən kənarlaşdırıldıqlarını açıqlayıb.

Qeyd edək ki, bu Amerikan gizli xidmətinin ilk skandalı deyil. 2012-2013-cü illərdə də gizli xidmət agentləri təcavüz və digər xoşagəlməz davranışları səbəbiylə gündəmə gəlmişdi.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı