Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, martın 29-da ölkə əarzisində cənub küləyinin güclənməsi, temperatur rejiminin isə nisbətən yüksəlməsinə baxmayaraq, martın 29-dan 30-a keçən gecədən başlayaraq, şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə şiddətlənəcəyi və temperaturun kəskin şəkildə - 10-14 dərəcə enəcəyi gözlənilir.
Martın 29-da axşam respublikanın bəzi şimal və qərb rayonlarında, martın 30-da isə əskər xrayonlarında hava şəraitinin yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi qar yağacağı gözlənilir.
Martın 28-də prosesin gedişatından asılı olaraq, bir daha dəqiqləşdirilmiş məlumat təqdim ediləcək.
Modern.az