Modern.az

Tarix İnstitutundan Sabir Rüstəmxanlıya CAVAB: “Təəccübləndik”

Tarix İnstitutundan Sabir Rüstəmxanlıya CAVAB: “Təəccübləndik”

Təhsil

10 Aprel 2014, 13:05


Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı AzNews.az-a verdiyi müsahibədə AMEA Tarix İnstitutunu keçmiş konsepsiyadan qopa bilməməkdə suçlayıb. İnstitutun direktoru, professor Yaqub Mahmudovun deputat cavabı isə çox gecikməyib. Modern.az həmin cavabı sizlərə təqdim edir:

“Hörmətli Sabir müəllim, müsahibəniz Tarix İnstitutunun əməkdaşlarını və şəxsən məni son dərəcə təəccübləndirdi. Sizi narahat edən 7 cildlik “Azərbaycan tarixi” 2003-cü ildə işıq üzü görüb. Sizə yaxşı məlumdur ki, Tarix İnstitutunun yeni rəhbərliyi 2004-cü ildən fəaliyyət göstərir. İnstitutda həyata keçirilən böyük işlər barədə özünüz də dəfələrlə müsbət fikir söyləmisiniz. 2003-cü ildə nəşr olunmuş 7 cildlik “Azərbaycan tarixi” barədə 2014-cü ildə fikir söyləməyinizi və institutu keçmiş konsepsiyadan qopa bilməməkdə suçlamağınızı əsla düzgün addım saymırıq və bu irad ünvanımıza Sizin tərəfinizdənsöyləndiyi üçün dərin təəssüf hissi keçiririk. Gördüyümüz işlərə Sizin kimi milli təfəkkür sahiblərinin bu cür qiymət verməsi əməkdaşlarımız arasında ciddi anlaşılmazlığa səbəb olub və haqlı narazılıq doğurub”.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı