Modern.az

Futbolçu qapıçını tapdalayıb öldürdü

Futbolçu qapıçını tapdalayıb öldürdü

Təhsil

21 Aprel 2014, 11:34

Qabon çempionatında keçirilən oyun zamanı “Bonqovill” futbol klubunun qapıçısı Silven Azuqi bədbəxt hadisə nəticəsində ölüb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, epizodlardan birində qapıçı topu tutmaq istəyərkən sürüşərək müvazinətini itirərək yıxılıb. Bu zaman rəqib komandanın hücumçusu manevr edə bilmədiyindən qapıçının başına zərbə vurub. Benin vətəndaşı olan 30 yaşlı Azuqi xəstəxanaya aparılarkən yolda keçinib.

Xatırladaq ki, keçən il xorvatiyalı futbolçu Alen Pamiç futbol meydançasında dünyasını dəyişib. “İstra” klubunun 23 yaşlı yarımmüdafiəçisinin oyun ərəfəsi ürəyi dayanıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı