Modern.az

Azərbaycanda 5 institutun adı dəyişdirildi

Azərbaycanda 5 institutun adı dəyişdirildi

Eğitim

22 Aprel 2014, 14:18

AMEA Rəyasət Heyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, AMEA-nın  bir neçə institut və  təşkilatlarının adı dəyişdirilib.

Kibernetika İnstitutu - İdarəetmə Sistemləri İnstitutu, Akademik M.Nağıyev adına Kimya Problemləri İnstitutu - Akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Geologiya İnstitutu - Geologiya və Geofizika İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu - Fəlsəfə və Hüquq İnstitutu, Mərdəkan Dendrarisi - Dendrologiya İnstitutu adlandırılıb.

Elmin Nuri  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı