Modern.az

Hava küləkli və yağıntılı olacaq

Hava küləkli və yağıntılı olacaq

Təhsil

25 Aprel 2014, 13:43

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, aprelin 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında  arabir şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı