Modern.az

Dövlət Dumasının spikeri Avropaya buraxılmadı

Dövlət Dumasının spikeri Avropaya buraxılmadı

تحصیلات

30 Aprel 2014, 12:59


Bolqarıstanın Xarici İşlər Nazirliyi Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinin ölkə ərazisinə gəlməsinə qadağa qoyub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Bolqarıstan XİN-dən məlumat verilib. Məlumatda qeyd edilir ki, Sergey Narışkin mayın 8-də bu ölkəyə planlaşdırdığı səfəri gerçəkləşdirə bilməyəcək: “Qadağanın səbəbi Avropa İttifaqının Rusiya siyasətçilərinin səfərlərinin məhdudlaşdırılması ilə bağlıdır. Narışkinə sentyabrın 17-dək Avropa İttifaqının ərazisində olmaq qadağandır, bu müddət uzadıla da bilər”.

Məlum olduğu ki, Avropa İttifaqı martın 21-də Sergey Narışkinin də adı Avropanın bir sıra ölkələrinə səfərləri qadağan olunan Rusiya məmurları və siyasətçiləri arasındadır.   Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı