Modern.az

Deputat:”Amerikalı həmsədrin söylədiyi tezislər yeni deyil”

Deputat:”Amerikalı həmsədrin söylədiyi tezislər yeni deyil”

تحصیلات

8 May 2014, 21:15


"Amerikalı həmsədr tərəfindən səsləndirilən tezislər yeni deyil". Modern.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc amerikalı həmsədr Ceyms Uorlikin sülh sazişinin tərkib hissəsi ola biləcək altı element barədə verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr dövləti olaraq bu cür bəyanatlar səslədirməsi təqdirəlayiq haldır : “Əksər tənzimləmə modellərindən fərqli olaraq əsas ağırlıq mərkəzi bu dəfə Qarabağ ermənilərini ayıraraq onlara əlahiddə status axtarmaq deyil, bölgənin bütün əhalisi üçün birgə gələcək yaşayış forması axtarılmasıdır. Hər bir halda Uorlikin üzərinə gedən Azərbaycan diplomatiyası ondan Amerikanın bu münaqişənin həllini necə görməsinə dair açıqlama ala bildi. Ədalət naminə demək lazımdır, bunlar ölkəmizin maraqlarını təhdid etmir ".

Millət vəkilinin sözlərinə görə, irəliyə sürülən şərtlərin hər biri qəbul oluna bilər: "Lakin yalnız mümkün bir əlavə ilə - Qarabağa veriləcək istənilən aralıq , yaxud daimi status regionun hər iki icması tam məskunlşadıqdan sonra verilməlidir. Həmin bölgəyə Azərbaycanın unitar quruluşunun, konstitusion prinsiplərini zərbə altında qoyan səlahiyyətlər verilə bilməz ".

 

Günəş Fərhadlı

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı