Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, qaçaqmalçılıqda və digər cinayətlərdə təqsirləndirilən Azərbaycan və İran vətəndaşlarının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslər – Azərbaycan vətəndaşı Samir Həsənov və İran vətəndaşı Hangah Rauf Kərimlinin anket məlumatları dəqiqləşdirilib.Prosesin baxış iclası mayın 22-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 247-ci (dövlətə xəyanət), 206-cı (qaçaqmalçılıq) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələrinə əsasən ittiham olunurlar.
Onlar Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs ediliblər.
Modern.az