Avqustun 29-da Gürcüstan vətəndaşı Nüşabə Əliyeva Sabunçu rayonu Pirşağı qəsəbəsinin ərazisindəki çimərlikdə boğulub. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dünən Cəlilabad rayon sakini Səccad Hüseynov Lənkəran şəhəri Sütəmurdov kəndinin ərazisində suda boğulub. Onların hər ikisinin meyitləri sudan çıxarılıb.
Modern.az