Modern.az

Azərbaycanda istismarda olan avtomobillərin sayına görə 1-ci yerdə VAZ-dır

Azərbaycanda istismarda olan avtomobillərin sayına görə 1-ci yerdə VAZ-dır

Təhsil

4 Sentyabr 2014, 11:25

6 ayda ölkədə 335,3 milyon manatlıq avtomobil satılıb


Azərbaycanda istismarda olan avtomobillər arasında sayına görə Rusiya istehsalı olan VAZ markalı avtomobillər üstünlük təşkil edir. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildiriblər.

Komitədən verilən məlumata görə, 2014-cü il yanvarın 1-dək ölkədə 367452 ədəd VAZ markalı avtomobil olub.

2014-cü ilin 6 ayında isə ölkənin daxili bazarında 335,3 milyon manatlıq avtomobil satılıb.

Məlumatda qeyd edilir ki, pərakəndə ticarətdə avtomobillərin növlər üzrə uçotu aparılmadığından ən baha avtomobilin qiymətini demək mümkün deyil.

2014-cü ilin yanvar-iyul aylarında respublika üzrə minik avtomobillərinin istehlak qiymətləri indeksi barədə məlumatlar belə olub:

Aylar

Minik avtomobillərinin istehlak qiymətləri indeksi (əvvəlki aya nisbətən, faizlə)

Yanvar

100,0

Fevral

100,0

Mart

98,9

Aprel

100,6

May

100,0

İyun

100,5

İyul

100,1

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı