Modern.az

Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində qadınların fəallığını necə artırmalı?

 Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində qadınların fəallığını necə artırmalı?

تحصیلات

8 Sentyabr 2014, 15:48

“Seçkili orqanlarda qadınların təmsilçiliyinin artırılması” adlı  layihə davam edir

Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin  (USAİD)  maliyyə dəstəyilə  Kaunterpart Azərbaycan (Counterpart İnternational) Beynəlxalq Təşkilatının Qadın İştirakçılığı Proqramı çərçivəsində həyata keçirilir. Xatırlatmaq istərdik ki, layihəni “Lider Qadınlar” İB, “Universitet Təhsilli Qadınlar Cəmiyyəti” və “Qadınlar Gələcək Uğrunda” İB-dən ibarət koalisiya həyata keçirir. Layihənin əsas məqsədi qarşıda gələn bələdiyyə seçkilərində qadınların elektoral fəallığını yüksəltmək, seçkili orqanlarda qadınların təmsilçiliyini artırmaq, onların siyasi və sosial-iqtisadi proseslərə təsirini gücləndirməkdir.

Layihənin icrasına 2014-cü ilin fevral ayından başlanıb. Layihənin əsas vəzifələrindən biri fəal qadınların bələdiyyə seçkilərində namizəd kimi iştirakının dəstəklənməsi və onların seçki hüququ sahəsində maarifləndirilməsidir. Bu məqsədlə  aprel-may aylarında Bakı, Salyan, Sabirabad, Yardımlı, Tərtər, Yevlax şəhərlərində ictimai fəal qadınlar üçün Forumlar keçirilib. Bu forumlarda bələdiyyə seçkilərində öz namizədliklərini irəli sürmək istəyən qadınlar, potensial namizədlər üçün müəyyən edilib.
İyun ayindan başlayaraq bu qadınlar üçün seçki maariflənməsi ilə bağlı silsilə təlimləri keçirilib. Təlimlərin məqsədi  iştirakçıları qadın hüquqları sahəsində mili və beynəlxalq  qanunvericilik, yerli özünüidarə orqanlarına seçkilər zamanı namizədliyin qeydə alınması qaydaları, seçkiqabağı təbliğat kampaniyasının təşkili, seçki  platformanın hazırlanması qaydaları ilə  tanış etməkdir. İştirakçılar  həmçinin natiqlik, ictimaiyyət qarşısında  çıxış etmək vərdişləri, seçicilərlə özünü aparmaq qaydaları, qadın hüquqları sahəsində mövcud mili və beynəlxalq  sənədlərdən və statistikadan istifadə edərək öz çıxışlarını hazırlamaq qaydaları, pozitiv siyasətçi qadın imicinin yaradılması sahəsində də biliklər əldə edəcəklər. Artıq təlimlərin birinci mərhələsi başa çatıb. Göstərilən rayonların hər birində 25 nəfər qadın üçün maarifləndirmə təlimləri keçirilib. İyul-avqust ayında təlimlər davam etdirilib: Yardımlı və Sabirabad rayonlarında təlimlərin ikinci mərhələsi də çatıb. Təlimlər davam edir. Sentyabr ayinda Salyanda və Bakıda, oktyabr ayında isə Tərtər və  Yevlaxda potensial qadın namizədlər üçün maarifləndirmə təlimlərinin keçirilməsi nəzərdə tutulub.

Layihə Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsinin dəstəyi və iştirakı ilə həyata keçirilir.

Əziz Manaflı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı