Modern.az

Elman Türkoğlu KXCP-dən istefa verdi: “Müxalifətdəki bəzi ünsürləri ifşa edəcəm!”

Elman Türkoğlu KXCP-dən istefa verdi: “Müxalifətdəki bəzi ünsürləri ifşa edəcəm!”

Eğitim

8 Sentyabr 2014, 21:45

Tanınmış bayraqdar Elman Türkoğlu Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) istefa verib. Modern.az saytı xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində məlumat yayıb. 
Klassik Xalq Cəbhəsindən istefa verdim!”-deyə yazan E.Türkoğlu bildirib ki, bu addımına kimi KXCP üzvü olaraq müxalifətin daxilində olan bəzi ünsürlərə cavab verə bilmirdi:
"Bir şey olan kimi Mirmahmud ağaya telefon açıb, hay-həşir salırdılar ki, ay aman qoymayın, Elman pişiyimizi divara dırmaşdırdı. Görüm bundan sonra kimə zəng edib özlərini qoruyacaqlar!”.

E.Türkoğlunun sözlərinə görə, bundan sonra müstəqil olaraq saxta müxalifətçiləri diz  çökdürəcək.

”Məni izləyin. Özlərini müxalifət adlandıran, gecələr iqtidar, gündüzlər müxalifət olan bəzi ünsür müxalifətçilər haqda şokedici açıqlamalarım olacaq. Müxalifətdə olan bəzi ünsürlərin 2013 - cü ilin prezident seçkilədrini neçəyə satması haqda şokedici açıqlamalarım olacaq.
Artıq mən KXCP üzvü deyiləm, müstəqil və azad bir adam kimi müxalifətin daxilində bəzi ünsürlərə qarşı savaş aparacağam!”.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı