Ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında elmi-metodiki seminarlar təşkil olunacaq. Modern.az xəbər verir ki, ibtidai təhsil səviyyəsində (I-IV siniflər) istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar oktyabrın 28-dən fəaliyyətə başlayacaq.
Ümumi və tam orta təhsil səviyyələrinin VII, X və XI siniflərində istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar isə 2015-ci ilin yanvar ayından fəaliyyət göstərəcək.
TQDK-nın regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimlərinin iştirakı ilə nəzərdə tutulan elmi-metodiki seminarlar internet vasitəsilə onlayn rejimdə yuxarıda qeyd edilən vaxtda fəaliyyətə başlayacaq.
2014/2015-ci tədris ili üçün seminarların iş qrafiki ilə tanış olmaq istəyənlər üçün//www.derslik.edu.az/news/?news=429 keçidinə daxil ola bilərlər.
Rüfanə GÜNƏŞ