Hüquq müdafiəçisi Həsən Hüseynli bu gün azadlığa çıxıb.
Modern.az saytının verdiyi məlumata görə H.Hüseynli prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.Həbsxananın qarşısında onu yaxınları qarşılayıblar. Bildirək ki, prezidentin ötən günkü sərəncamı ilə 84 nəfər əfv siyahısına düşüb.
Siyahıda NİDA-çılardan Şahin Novruzlu, Bəxtiyar Quliyev və Elsevər Mürsəlli olub.


Qeyd: Fotolar bugun.az-a məxsusdur.
Modern.az