Sumqayıtda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətən Naminə” layihəsi həyata keçirilib.
Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbinin şagirdlərinin qatıldğı tədbirdə çıxış edən layihənin rəhbəri Emi Vəliyev qeyd edib ki, son illərdə ölkəmizdə həyata keçirilən gənclər siyasətində gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsinin çox önəm daşıyır. Layihənin keçirilməsinin məqsədinə toxunan E.Vəliyev vurğulayıb ki, əsas hədəf vətənimizin tarixini, onun şərəfli səhifələrini, ağır dövrlərini gənc nəsil arasında təbliğidir. Layihə çərçivəsində Azərbaycan həqiqətlərini, Ermənistan silahlı birləşmələri tərərfindən işğal olunmuş torpaqlarımızı, Xocalı soyqırımını, Qanlı 20 Yanvarı unutmamaq, Milli Qəhrəmanlarımızı tanıtmaq və gələcək nəsillərə çatdırmaq üçün təbliğati və maarifləndirmə işləri aparılacaq. Azərbaycan gənclərinin yaddaşında bu tariximiz heç vaxt silinməməlidir. Sonra tədbiri təlimçi davam etdirib.
Tədbirin sonunda iştirak edən gənclərə “Vətən Naminə” layihəsi çərçivəsində Azərbaycan bayrağı təqdim olunub.
Modern.az