Modern.az

Ukraynanın energetika nazirinə cinayət işi açıldı

Ukraynanın energetika nazirinə cinayət işi açıldı

Təhsil

9 Noyabr 2014, 00:03

Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodana cinayət işi açılıb. Modern. az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, noyabrın 10-da Baş Prokurorluqda dindirmə zamanı həbs oluna bilər. Nazir mənimsəmə və ya israf etmə yolu ilə vəzifəsindən sui-istifadə etmədə təqsirli bilinir.

Yuri Prodan da noyabrın 8-də prokurorluq orqanlarının onun kömür alınması ilə bağlı sövdələşmələrini yoxlamaq niyyətində olduğunu təsdiqləyib. O, jurnalistlərə hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu da bildirib. Onun sözlərinə görə, əsas məsələ odur ki, yoxlamalar zamanı Ukraynaya kömür gətirilməsində ləngimə olmayıb.

Ukrayna KİV-də yayılan məlumata görə, Baş Prokurorluğun əməkdaşları noyabrın 6-da Energetika və Kömür Sənayesi Nazirliyinin əməkdaşlarını sorğu-sual edərək vacib olan sənədləri götürüblər. Digər məlumatda qeyd edilir ki, nazirlikdə yoxlama aparılması haqda göstərişi prezident Pyotr Poroşenko verib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı