“Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin 15 yaşlı oğlu Bruklin Londonun “Arsenal” klubu ilə müqavilə imzalayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 15 yaşlı futbolçunun müqaviləsi bu mövsümün sonuna kimi nəzərdə tutulub. Ancaq “Arsenal” Bruklinin müqaviləsini bu müddətdə yaxşı tərəfdən göstərərsə uzatmaq niyyətindədir. Bruklinlə “Mançester Yunayted” və “Çelsi” də maraqlanırdı.
Modern.az