Modern.az

Taekvondoçularımız Rusiyada 4 medal aldı

Taekvondoçularımız Rusiyada 4 medal aldı

تحصیلات

4 Dekabr 2014, 23:58


Dekabrın 3-dən 5-dək Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində taekvondo üzrə ənənəvi “Cup of Elbrus” Beynəlxalq turniri keçirilir.

Modern.az saytının məlumatına görə yarışın ilk günündə - dekabrın 3-də Azərbaycan idmançılarından Fizam Mehdiyev (55 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarışın ikinci günündə Röya Süleymanova (26 kq) qızıl, Gülsüm Həsənzadə (28 kq) gümüş, Kənan Məmmədov (26 kq) isə bürünc medal qazanıblar.

Ölkəmiz turnirdə 21 taekvondoçu ilə təmsil olunur.

İdmançılarımız beynəlxalq turnirə baş məşqçi Vurğun Cəfərovun rəhbərliyi ilə qatılıblar.


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı