Modern.az

“Qarabağ azad olunmayana qədər Ermənistanla sərhədlər açılmayacaq”

“Qarabağ azad olunmayana qədər Ermənistanla sərhədlər açılmayacaq”

تحصیلات

20 Fevral 2015, 14:33


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ermənistan sərhədlərinin açılmasını təmin etməli olan protokolların Ermənistan tərəfdən geri çağırılmasına münasibət bildirib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çavuşoğlu sərhədlərin açılmasını Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarının azad olunması ilə əlaqəli olduğunu deyib:

“Azərbaycanın işğal olunmuş torpaqları azad olunmalıdır. Bu günə qədər Ermənistan Azərbaycan torpaqlarını azad etməyib. Bu tələb yerinə yetirilməyənə qədər protokolların ratifikasiyası mümkün deyil”.

Bu günlərdə Ermənistan prezidenti Serj Sərkisyan 2008-ci ildə imzalanan Ermənistan-Türkiyə protokollarını parlamentdən geri çağırıb.  

Modern.az      

 

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı