Modern.az

“Hər iki ayağını itirən əsgərin rahatlığı üçün hər şey var” - AÇIQLAMA

“Hər iki ayağını itirən əsgərin rahatlığı üçün hər şey var” - AÇIQLAMA

تحصیلات

4 Mart 2015, 11:12

 

“Deyilənlərin heç biri həqiqətə uyğun deyil. İcra başçısı Taleh Qaraşov özü şəxsən ona diqqət və qayğı göstərib və yardım edib. Onun evi təmir edildi. Ona rahat olması üçün hər bir şərait yaradıldı. Hətta vanna otağı aşağı mərtəbədə idi, ona rahat olsun deyə otağının yanında hamam düzəldildi. İcra başçısı Sərxangilin evinə telefon, internet çəkdirdi. O ailəyə bir müəssisə təhkim olunub,  hər ay baş çəkir və maddi yardım göstərir.  

Bunu Modern.az-a açıqlamasında Lənkərən şəhəri Kosalar kənd bələdiyyəsinin nümayəndəsi Habil Məmmədov deyib.  

O qeyd edib ki, hətta rayonun deputatı Hadi Rəcəbli icra başçısının müavini İlqar Dadaşovla birlikdə Sərxana ad günündə, yəni ötən il avqustun 19-da ailəsinə ayrıca baş çəkiblər.  Hər ayda ən azı bir dəfə  Hadi müəllimin köməkçisi ailəyə baş çəkir və onların qayğıları ilə maraqlanır. Onun rahatlığı üçün hər şey var Sərxanın “heç kim qapımı açmır” deməsi bütün edilənləri yerə vurmaq deməkdir”.  

Sərxan Tahirzadə 2014-cü ilin avqustunda cəbhədə atəşkəsin pozulması nəticəsində hər iki ayağını itirib. Əsgər müalicə almaq üçün uzun müddət TİKA-nın dəstəyilə Türkiyədə müalicə alaraq vətənə qayıdıb. Qazilər.az saytına açıqlamasında Sərxan Tahirzadə ona olan biganə münasibətdən şikayət edib.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı