Modern.az

“Azərbaycanda “Amerika günləri”nin açılışı oldu

“Azərbaycanda “Amerika günləri”nin açılışı oldu

Eğitim

10 Mart 2015, 22:08

Martın 10-da Azəbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksinin Amerika mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyi və Azərbaycan Dillər Universitetinin Amerika mərkəzinin birgə təşkil etdiyi “Azərbaycanda “Amerika günləri””nin açılış mərasimi keçirilib.

Tədbirdə Amerika mərkəzi haqqında qısa məlumat verərək mərkəzin Azərbaycan Dillər Universitetində ikitərəfli sazişə əsasən 2007-ci ildən uğurla fəaliyyət göstərildiyi bildirilib. Amerika-Azərbaycan dostluğunu və əməkdaşlığını rəhbər tutaraq bu mərkəzin artıq 8 ildir ki, müxtəlif kateqoriyaya aid olan insanların təhsilin müxtəlif sahəsində maariflənməsinə əvəzsiz şəkildə xidmət göstərdiyi və fəaliyyətini getdikcə genişləndirdiyi qeyd edilib.

ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov genişlənmiş, yenilənmiş, müasir texnologiyalara və tələblərə cavab verən, ən yüksək standartları özündə ehtiva edən Amerika mərkəzinin Amerika Birləşmiş Ştatlarının təhsil, mədəniyyət, texnoloji inkişaf səviyyəsinin Azərbaycan vətəndaşlarına, tələbələrinə, universitetlərinə təqdim etdiyini deyib. Azərbaycan-ABŞ arasındakı diplomatik və mədəni əlaqələrin daim inkişaf etdiyini deyən rektor Səməd Seyidov bu əlaqələrin möhkəmliyindən söz açıb. ADU-nun dünyanın müxtəlif dillərini tədris edən ali təhsil müəssisəsi olduğunu deyən rektor Səməd Seyidov bu dillərin içərisində ən ali dilin demokratiya, insanlıq, inkişaf, mədəniyyət, təhsil dili olduğunu vurğulayıb. Sərgidə göstəriləcək rəsm əsərlərinin Amerika mərkəzinin Azərbaycanda nüfuzunu yüksək səviyyəyə qaldıracağını, ABŞ haqqında məlumatı daha geniş çatdıracağını, həmçinin iki ölkəni bir-birinə daha da yaxın edəcəyini vurğulayaraq sərgini açıq elan edib.

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta çıxışında “Amerika günləri”nin rəsmi açılışında iştirak etməkdən məmnun olduğunu bildirib. Tədbirin keçirilməsinin əsas məqsədinin çoxçeşidli, rəngarəng və zəngin ABŞ mədəniyyəti nümunələrini təqdim etmək olduğunu deyən səfir “Amerika günləri”nin keçirildiyi dövrdə hər kəsin ABŞ mətbəxinin dadına baxmaq, rəqsləri izləmək, Rock musiqisini dinləmək şansı əldə edəcəyini dedi. Amerika mərkəzə ev sahibliyi edən Azərbaycan Dillər Universitetinə, o cümlədən “Amerika günləri”nin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürlərini bildirib.

 “Amerika günləri” ərzində həm Amerika mərkəzində, eyni zamanda Bakı şəhərində yerləşən digər məkanlarda, həmçinin Azərbaycanın müxtəlif bölgələrində rəngarəng proqram və tədbirlər keçiriləcəyi söylənilib.



Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı