Moskva vilayətinin Rojdestveno kəndində 30 Ermənistan vətəndaşı saxlanılıb.
Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, yaşayış üçün yararlı olmayan birmərtəbəli binada antisanitar şəraitdə çörək bişirən miqrantların ölkə ərazisində çalışmaq icazəsi də olmayıb.
Faktla bağlı Rusiya polisi araşdırmalara başlayıb. Ermənistandakı ağır sosial-iqtisadi durum ölkə vətəndaşlarını kənar ölkələrdə qanunsuz işləməyə məcbur edir.
Modern.az