Modern.az

“ABŞ-la Azərbaycan arasında 4 istiqamətdə dialoq aparılacaq”

“ABŞ-la Azərbaycan arasında 4 istiqamətdə dialoq aparılacaq”

تحصیلات

18 Mart 2015, 17:10


“ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Bakıya səfəri zamanı ABŞ-la Azərbaycan arasındakı əlaqələrin gücləndirilməsi və bir sıra məsələlər müzakirə edilib”.

Modern. az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O qeyd edib ki, iki ölkə arasında 4 müxtəlif istiqamət üzrə dialoq aparılması qərarlaşdırılıb: “Bu dialoqlar demokratiya və vətəndaş cəmiyyəti, digərləri isə iqtisadiyyat, enerji və təhlükəsizlik məsələləri ilə bağlıdır. Biz öz fikirlərimizi Azərbaycan tərəfinə təqdim edib fikrilərini öyrənəcəyik. Vətəndaş cəmiyyəti ilə bağlı iş aparılmalıdır”.

Səfir “Azadlıq” radiosunun Bakı bürosu ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, “Azadlıq” radiosu Azərbaycanda öz fəaliyyətini yüksək standartlarla davam etdirməlidir: “Hesab edirik ki,  “Azadlıq” radiosu Azərbaycanda öz fəaliyyətini davam etdirməlidir. Lakin bizim Azərbaycan hökuməti ilə bu mövzuda apardığımız danışıqların gedişi və məzmunu məxfi saxlanılmalıdır”.

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı