Modern.az

“Atletiko” Simeone ilə 6 illik müqavilə bağlayacaq

“Atletiko” Simeone ilə 6 illik müqavilə bağlayacaq

تحصیلات

18 Mart 2015, 17:19



“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Madrid klubu ilə müqaviləsini uzadacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu günlərdə argentinalı mütəxəssislə yeni 6 illik müqavilə imzalanacaq. Onun illik gəliri 6 milyon avro olacaq. Simeonenin indiki müqaviləsinin müddəti 2017-ci ildə başa çatacaq.

O, “Atletiko”ya 2011-ci ildən başçılıq edir. Bu müddətdə Madrid klubu ölkə çempionu olub, İspaniya kubokunu və superkubokunu qazanıb, Avropa Liqasının və UEFA superkubokunun qalibi olub. Bundan əlavə, “Atletiko” ötən mövsümdə Çempionlar Liqasının finalında oynayıb.   Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı