Rusiyanın Arxangelsk vilayətində 36 yaşlı Azərbaycan vətəndaşının məhkəməsi başlayacaq.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2006-cı ilin payızında o, Kotlas-Koryajma yolunda 25 yaşlı Kotlas sakinini qətlə yetirmişdi. Azərbaycanlı göbələk yığmaq adı ilə tanışını maşınında yoldan kənar əraziyə gətirərək bıçaqla qətlə yetirib.
Cinayətin məhrumun sevgilisi tərəfindən sifariş olunduğu aydınlaşıb. 23 yaşlı təşkilatçı qadın həbs olunsa da, Azərbaycan vətəndaşı Rusiyanı tərk edərək Azərbaycana qaçmışdı. Sonralar Gürcüstanda da yaşayan şəxs Ukraynanın Odessa şəhərinə gələn zaman axtarışa verilmiş şəxs kimi saxlanılıb.
Hazırda Rusiyaya təhvil verilərək məhkəmə prosesini gözləyir.