Modern.az

Rusiyada azərbaycanlı tələbənin qətlinə görə xüsusi qərargah YARADILDI

Rusiyada azərbaycanlı tələbənin qətlinə görə xüsusi qərargah YARADILDI

Hadisə

15 İyun 2020, 10:31

Azərbaycandan olan tələbə Timur Qavrilovun amansız qətlinə görə, Rusiyanın Volqoqrad şəhərində xüsusi qərargah yaradılıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xüsusi qərargaha Volqoqrad İstintaq Komitəsi, cinayət-axtarış idarəsi və digər orqanların təcrübəli müstəntiqləri daxildir.

 

“Hazırda mərhumun yaxın ətrafı sorğu-sual edilir. Qatilin və öldürülən şəxsin kamera görüntüləri tədqiq olunur”- deyə Rusiya İstintaq Komitəsinin Volqoqrad şəhəri üzrə nümayəndəsi Nataliya Rudnik açıqlama verib.


Xatırladaq ki, 17 yaşlı Timur Qavrilov Volqoqrad Tibb Universitetinin stamotologiya fakultəsinin 1-ci kurs tələbəsi idi. O, Voroşilov rayonunda gecə saatlarında naməlum şəxsin hücumuna məruz qalıb. 20 bıçaq yarası alan gənc yerindəcə keçinib.

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok