Modern.az

Namaz qılarkən kürəyindən bıçaqlandı

Namaz qılarkən kürəyindən bıçaqlandı

Hadisə

10 Aprel 2023, 22:12

ABŞ-ın Nyu-Cersi ştatında yerləşən məscidlərdən birində namaz qılan şəxsə bıçaqla hücum edilib.

 

Modern.az NBC telekanalına istinadən xəbər verir ki, kimliyi açıqlanmayan dindar səcdədə olarkən, onun kürəyinə bir neçə bıçaq zərbəsi endirilib.

 

Hücum edən 32 yaşlı Serif Zobra adlı cinayətkarın əvvələr adam öldürməyə cəhddə ittiham olduğunu bildirilib. Polis hadisənin motivini araşdırır. 

 

Telekanalın məlumatına görə, Zobra hücumdan əvvəl bir neçə dəfə məscidə baş çəkib. Bıçaqlanan şəxsin hazırda xəstəxanada müalicə aldığı qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?