Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, "Toyota" markalı minik avtomobili ödənişli yolda hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə zamanı avtomobildə olan altı nəfər Bakı şəhər sakinləri – Aygün Qurbanova, Aydan Qurbanlı, Aylin Qurbanlı, Aytac Əlixanova, Ayan Əlixanlı və Namiq Əlixanlı müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Yaralılar təcili tibbi yardım briqadaları ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.