Modern.az

Qazaxıstan Gürcüstanda konteyner terminalı tikir - Nazir təməl qoydu

Qazaxıstan Gürcüstanda konteyner terminalı tikir - Nazir təməl qoydu

İqtisadiyyat

11 Avqust 2023, 17:10

Qazaxıstanın sənaye naziri Gürcüstanın Poti limanında konteyner terminalının təməlqoyma mərasiminə qatılıb.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, planlaşdırılan terminalın yerinə kapsul qoyulub.

 

Artıq tikintiyə start verilib. Terminalın istifadəyə verilməsi 2024-cü ilə planlaşdırılır. Layihə Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə yükdaşımaların həcmini artıracaq.

 

Terminalın gücü ildə 80 min konteyner olacaq. Qara dəniz sahilində yeni obyekt Qazaxıstanın "PTC Holding" şirkətinin nəqliyyat və logistika investisiya qrupu tərəfindən tikiləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok